Nisa - 4:76
İman edənlər Allah yolunda savaşırlar. Kafirlər isə azğınların və despotların yolunda savaşırlar. Elə isə şeytanın dostlarıyla savaşın; şeytanın planı zəifdir.
Kafirlər azğınların və despotların yolunda savaşırlar:
Ənfal/8:36
İnkar edənlər, insanları Allah yolundan çəkindirmək üçün paralarını (pullarını) xərcləyərlər və daha da xərcləməyə davam edəcəklər. Fəqət bu, sonradan onlar üçün bir üzüntü qaynağı olacaq və ardından yeniləcəklər. İnkar edənlər cəhənnəmə sürüklənəcəklər.
Əraf/7:146
Yer üzündə haqsız yerə təkəbbür göstərənləri möcüzələrimdən çevirəcəyəm. Hər cürə möcüzəni görsələr də iman etməzlər. Doğru yolu görsələr onu yol seçməzlər. Amma azğınlıq yolunu görsələr onu yol seçərlər. Çünki onlar ayələrimizi yalanladılar və əhəmiyyət vermədilər.
Ənfal/8:39
Təzyiq və zülmü ortadan qaldırıncaya və dini sadəcə Allaha aid edincəyədək onlarla savaşın! Düşmənçiliyə son qoyarlarsa, əlbəttə Allah etdiklərinizi Görür.
Ənfal/8:55
Allah yanında yaradılmışların (məxluqatın) ən pisi kafirlərdir; onlar iman etməzlər.
Ənfal/8:56
Onlar, sən onlarla razılığa gəldiyin halda, hər dəfə razılaşmalarını (müqavilələrini) pozanlardır. Onlar müttəqi davranmazlar.
Tovbə/9:32
Allahın nurunu ağızlarıyla söndürmək istəyərlər. Kafirlər istəməsə də, Allah nurunu tamamlayacaqdır.
Kəhf/18:56
Biz elçiləri ancaq müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndərdik. Kafirlər, gerçəyi saxta və yanlış ilə ortadan qaldırmaq üçün səy göstərirlər. Ayələrimə və xəbərdar edildikləri şeylərə istehza etdilər.