Nisa - 4:82
Quranı araşdırmırlarmı? Allahdan başqası tərəfindən olsaydı onda bir çox ziddiyyət tapacaqdılar.
Quran araşdırılmalı:
Muminun/23:68
Onlar bu sözü incələmədilərmi (araşdırmadılarmı), yoxsa keçmiş atalarına gəlməyən bir şeymi onlara gəldi?
Nisa/4:82
Quranı araşdırmırlarmı? Allahdan başqası tərəfindən olsaydı onda bir çox ziddiyyət tapacaqdılar.
Sad/38:29
Sənə nazil etdiyimiz bu kitab mübarəkdir; ayələrini tədqiq edib araşdırsınlar və ağıl sahibləri öyüd alsınlar.
Muhəmməd/47:24
Nə üçün Quranı araşdırıb incələmirlər? Yoxsa beyinləri qıfıllıdır?