Nisa - 4:83 Onlara güvənlik və təhlükəylə əlaqəli söz-söhbət yetişsə, onu yayarlar. Vəziyyəti elçiyə və aralarındakı səlahiyyətli şəxslərə yetişdirsəydilər mütəxəssisləri onu dəyərləndirərdi. Sizə Allahın lütfü və rəhməti olmasaydı çox azınız istisna olmaqla şeytana uyacaqdınız.
Şeytana uymamaları üçün Allahın lütfü və rəhməti; Quran:
Ali İmran/3:100 Ey iman edənlər! Kitab əhlindən bir qisminə tabe olarsanız, iman etmənizdən sonra sizi inkarçılığa döndərərlər.
Ali İmran/3:101 Allahın ayələri sizə oxunduğu və Onun elçisi aranızda olduğu halda, necə olur ki, inkar edirsiniz? Kim Allaha sarılarsa, ən doğru yola yönəldilmişdir.