Nisa - 4:85 Kim bir yaxşılığa vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Kim bir pisliyə vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Allah hər şeyi kontrol edər.
Yaxşılığa vasitəçilik edənin özü üçün ondakı bir xeyri nədir?
Ənam/6:160 Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qatı vardır. Kim pislik gətirərsə, ancaq gətirdiyinin misli ilə cəzalandırılar və onlara haqsızlıq edilməz.

Hud/11:114 Gündüzün iki ucunda, gecənin yaxın qismində namazı qoru! Yaxşılıqlar pislikləri silib götürər. Bu, öyüd alanlara bir öyüddür.

Bəqərə/2:271 Yardımlarınızı açıqlasanız, nə gözəl. Ancaq onları gizləyərək möhtaclara versəniz daha yaxşıdır və bu bəzi günahlarınızı örtər. Allah etdiyinizi xəbər alır.