Nisa - 4:92 Qəza halı istisna olmaqla iman etmiş bir şəxs, iman etmiş bir şəxsi öldürə bilməz. Kim bir iman edəni qəza ilə öldürmüşsə, iman etmiş bir köləni azad etməli və ölənin ailəsinə diyə ödəməlidir. Ancaq diyəni istəməyib sədəqə olaraq qəbul edərlərsə başqa. Əgər o ölən kimsə, iman edən olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, o zaman iman edən bir köləni azad etməlisiniz. Əgər öldürülən, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, ailəsinə qanbahası verməli və iman etmiş bir köləni azad etməlisiniz. Kim (lazım olan pulu və ya azad edə biləcəyi bir kölə) tapa bilmirsə, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün iki ay fasiləsiz oruc tutmalıdır. Allah Biləndir, Hikmət Sahibidir.
Kim düşmənçilik və zülm ilə öldürərsə:
Nisa/4:29 Ey iman edənlər! Bir-birinizin malını qarşılıqlı razılıqla edilən ticarətlə də olsa haqsızlıq və hiylə ilə yeməyin. Bir-birinizi öldürməyin. Allah sizə qarşı Rəhmlidir.
Nisa/4:30 Kim düşmənçilik və zülm ilə bunları edərsə onu atəşə göndərərik. Bu, Allah üçün asandır.

Maidə/5:27 Onlara Adəmin iki oğlunun hadisəsini doğru anlat. Hərəsi bir qurban nəzir etmişdilər və birindən qəbul edilmiş, digərindən edilməmişdi. "Səni öldürəcəyəm!" - dedi. "Allah ancaq müttəqi olanlardan qəbul edər," dedi.
Maidə/5:28 "Məni öldürmək üçün əlini mənə uzadırsan, səni öldürmək üçün mən əlimi sənə uzatmayacağam. Mən, bütün yaradılmışların sahibi olan Allahdan qorxuram."
Maidə/5:29 "Günahımı günahınla birlikdə yüklənərək cəhənnəmə girməyini istəyərəm. Zalımlar bu cür cəzalandırılar."
Maidə/5:30 Eqosu onu, qardaşını öldürməyə təhrik etdi. Onu öldürdü və beləcə ziyana uğradı.
Maidə/5:32 Bunun üçün İsrail oğullarına bunu yazdıq: "Kim, cinayət işləməmiş və yer üzündə fəsad törətməmiş bir adamı öldürərsə bütün insanları öldürmüş kimidir. Kim də o canı yaşadarsa, bütün insanları yaşatmış kimi olar. Elçilərimiz onlara açıq-aşkar dəlillərlə gəldilər. Buna rəğmən onların çoxu dərhal sonra yer üzündə azğınlıq etməyə başladılar.

Nisa/4:93 Kim iman etmiş birisini qəsdən öldürərsə yeri, sürəkli qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət etmişdir. Və onun üçün böyük bir əzab hazırlanmışdır.

İsra/17:31 Fəqirlik qorxusuyla uşaqlarınızı öldürməyin. Sizi də, onları da biz ruziləndiririk. Onları öldürmək, böyük bir günahdır.