Qaf - 50:19 Nəhayət ölüm sərxoşluğu gerçəkdən gəlmişdir; məhz sənin qaçdığın şey budur.
"Qaçdığın şey budur." - Quranda ölümdən qaçanlar və səbəbi:
Cumuə/62:6 De ki, "Ey Yəhudilər, insanların arasından yalnız özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə, ölümü diləyin; doğrusunuzsa."
Cumuə/62:7 Onlar, etdiklərindən ötrü heç bir vaxt onu diləyə bilməyəcəklər. Allah zalımları yaxşı bilir.
Cumuə/62:8 De ki, "Qaçdığınız ölüm, mütləq sizə yetişəcək və daha sonra gizlini və aşkarı Bilənin hüzuruna döndəriləcəksiniz. Etdiyiniz hər şeyi sizə bildirəcəkdir."

Bəqərə/2:94 De ki: “İddia etdiyiniz kimi, Axirət yurdu Allah tərəfindən heç kimsəyə deyil, sadəcə sizin üçün ayrılmışsa və bunu (iddia etdiyinizi) müdafiə etməkdə səmimisinizsə onda ölümü istəyin!”
Bəqərə/2:95 Əllərinin etdiklərinə (əməllərinə) görə bunu əsla istəməyəcəklər. Allah zalımları bilir.
Bəqərə/2:96 Onları, yaşamağa ən həris insanlar olaraq görəcəksən; hətta bütpəstlərdən artıq... Onlardan hər biri min il yaşamaq istəyər. Halbuki, uzun yaşaması onu əzabdan uzaqlaşdırmaz. Allah etdiklərini görəndir.

Əhzab/33:13 Onlardan bir qrup isə, "Yəsrib əhli, artıq dayana bilməzsiniz; geri dönün," deyirdi. Onlardan digər qrup isə, evləri qorunduğu halda, "Evlərimiz mühafizəsiz qaldı," deyərək peyğəmbərdən izin istəyirdilər. Bütün məqsədləri qaçmaq idi.
Əhzab/33:15 Daha öncə də, arxa çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilmiş hər söz sorğu-sual olunacaqdır.
Əhzab/33:16 De ki, "Ölümdən və ya savaşdan qaçmaq sizə fayda verməyəcək. Qaçsanız da daha çox yaşamayacaqsınız."