Qaf - 50:22
Sən tamamilə bundan qafil (xəbərsiz) idin. İndi Biz pərdəni qaldırdıq; bu gün gözün polad kimi itidir.
Gecikmiş agahlıq:
Ənam/6:29
Onlar deyərlər ki, "Biz sadəcə dünya həyatında yaşayırıq. Dirildiləcək deyilik."
Ənam/6:30
Rəblərinin hüzurunda saxlanılmış halda onları bir görəsən! Deyəcək: "Bu doğru deyilmi?" Deyəcəklər: "Bəli, Rəbbimizə and olsun doğrudur." Deyəcək: "İnkar etmənizə görə əzabı dadın."
Əhqaf/46:33
Göyləri və yeri yaradan və bunları yaratmaqla yorulmayan Allahın ölüləri dirildə biləcəyini düşünmürlərmi? Bəli, O, hər şeyə Gücü Yetəndir.
Əhqaf/46:34
İnkar edənlər atəşə göndərildikləri gün: "Bu doğru deyilmi?" Deyəcəklər: "Bəli, Rəbbimizə and olsun doğrudur." Deyəcək: "İnkar etmənizə görə əzabı dadın."