Qaf - 50:34
Oraya sağ-salamat daxil olun; bu, əbədi həyat günüdür.
İman edənlər cənnətdə sonsuz qalıcıdırlar:
Hud/11:108
Xoşbəxtlər isə, göylər və yer durduğu müddətcə cənnətdə qalacaqlar. Rəbbin istəyərsə başqa. Tükənməz bir mükafatdır bu.
Hicr/15:47
Sinələrindəki qısqanclığı qaldırarıq; qardaş olaraq qarşı-qarşıya yerləşdirilmiş taxtlar üzərindədirlər.
Hicr/15:48
Orada onlara heç bir yorğunluq toxunmaz və oradan da çıxarılmayacaqlar.
Fatir/35:33
Ədn (sonsuzluğadək davam edən) cənnətlərinə girərlər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.