Qaf - 50:4
Yer üzünün onlardan kimi alıb götürdüyünü bilirik. Yanımızda qoruyan bir qeyd (yazı) vardır.
“Biz yerin onlardan kimləri alıb götürdüyünü bilirik.”: Əlaqəli
Hədid/57:4
Odur göyləri və yeri altı gündə yaradan və daha sonra bütün hakimiyyəti quran. Yerə girən və ondan çıxanı, göydən enən və ona yüksələn hər şeyi Bilir. Harada olursunuzsa olun, O sizinlə bərabərdir. Allah bütün etdiklərinizi Görəndir.
Səba/34:2
Yerə girən və ondan çıxanı, göydən enən və ona yüksələn hər şeyi Bilir. O, Bağışlayandır, Rəhmlidir.