Qaf - 50:44
O gün yer onlardan ötrü yarılar. Bu, Bizim üçün asan bir cəm etmədir.
"O gün yer onlara görə yarılar.":
İnfitar/82:4
Məzarların içi çölünə çevrildiyi zaman,
Adiyat/100:9
Bilmirmi ki, məzardakılar ortaya atıldığı,
Ya sin/36:51
Boruya üfürülən kimi, onlar məzarlarından qalxıb Rəblərinə qaçacaqlar.
Qamər/54:7
Gözləri zillət içində məzarlardan çıxarlar; eyni səpələnib yayılmış çəyirtkələr kimi...
Zəlzələ/99:1
Yerin qorxunc bir zəlzələ ilə sarsıldığı,
Zəlzələ/99:2
Yerin ağırlıqlarını fışqırtdığı,
Zəlzələ/99:3
İnsanın da, "Buna nə olur?" dediyi zaman,
Zəlzələ/99:4
Bax, o gün (yer), xəbərlərini anlatacaqdır.
Ta ha/20:55
Sizi o yerdən yaratdıq, sizi təkrar ona döndərəcəyik və bir dəfə yenə sizi oradan çıxardacağıq.
Nuh/71:17
Və Allah sizi torpaqdan bir bitki olaraq bitirdi.
Nuh/71:18
Sonra sizi ona döndərəcək və sizi təkrar çıxaracaqdır.
İnşiqaq/84:3
Yer dümdüz edildiyi,
İnşiqaq/84:4
İçindəkiləri atıb boşaltdığı,
İnşiqaq/84:5
Və təbii quruluşu lazımınca Rəbbinə qulaq verdiyi zamam.
Məaric/70:43
O gün, məzarlarından tez-tələsik çıxarlar; Qurban daşına sürüklənirlərmiş kimi...