Qaf - 50:7 Yer üzünü genişlədib içinə sağlam dağlar yerləşdirdik və cürbəcür gözəl bitkilər.
1, 2 ... 5 ayələri əsasında yenidən dirilməni mümkünsüz hesab edənlərə xatırlatma; Göyləri və yeri yaradıb onlarda müxtəlif məxluqlar yayması, bunların təkrar yaradıla biləcəyinə və dolayısıyla yenidən dirilməyə işarətdir:
Ya sin/36:81 Göyləri və yeri yaradan onların bənzərini yaratmağa güc yetirə bilməzmi? Gerçəkdən O, Yaradandır, Biləndir.

İsra/17:99 Göyləri və yeri yaradan Allahın, onların bir bənzərini təkrar yaratmağa qadir olduğunu düşünmürlərmi? Həqiqətən, (Allah) onlar üçün bəlli və qəti bir vaxt qoymuşdur. Zalımlar hələ də inkar edirlər.

İbrahim/14:48 Yerin başqa bir yer ilə, göylərin də başqa göylərlə dəyişdirildiyi, hər kəsin Tək və Ən Uca olan Allahın hüzuruna gətirildiyi gün...

Kəhf/18:47 Dağları silib götürdüyümüz və yeri çılpaq buraxdığımız gün onları toplayarıq; bir dənəsini belə buraxmadan.

Ta ha/20:105 Səndən dağları soruşarlar. De ki, "Rəbbim onları ovxalayıb sovuracaq."
Ta ha/20:107 "Orada nə xırda bir əyrilik, nə də kiçik bir təpə görəcəksən."

Ənbiya/21:104 O gün göyü sənədlərin büküldüyü kimi qatlayar. Yaradılışın ilk vəziyyətini necə başlatmışıqsa ona çevirərik. Üzərimizə söz; Biz mütləq gerçəkləşdirərik.