Zəriyət - 51:19 Paralarında (pullarında), istəyənlər və yoxsullar üçün bir pay vardı.
Gözəl davrananların yardımları:
Bəqərə/2:215 Necə yardım edəcəklərini soruşurlar səndən. De ki: “Para (pul) və mal yardımlarınızı ana-ataya, yaxınlara, kimsəsizlərə, yoxsullara və yolda qalmışlara etməlisiniz. İşlədiyiniz hər yaxşılığı Allah bilir.
Bəqərə/2:219 Səndən sərxoş edicilər və qumar barəsində soruşarlar: “O ikisində böyük bir günah və insanlar üçün yararlar var; ancaq günahları yararlarından daha böyükdür,”-de. Ayrıca, sədəqə olaraq nəyi verəcəklərini səndən soruşarlar: “Artığı” de. Allah ayələrini sizə belə açıqlayır ki, düşünəsiniz...
Bəqərə/2:267 Ey iman edənlər! Qazandıqlarınızdan və sizin üçün yerdən çıxartdığımız nemətlərdən yardım olaraq verin. Sizə verilsə, ancaq gözünüz qapalı olaraq qəbul edə biləcəyiniz pis mallarınızı yardım olaraq verməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifə layiqdir.
Bəqərə/2:271 Yardımlarınızı açıqlasanız, nə gözəl. Ancaq onları gizləyərək möhtaclara versəniz daha yaxşıdır və bu bəzi günahlarınızı örtər. Allah etdiyinizi xəbər alır.
Bəqərə/2:274 Paralarını (pullarını) gecə və gündüz, gizli və aşkar yardım üçün verənlərin mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.

Ali İmran/3:134 O müttəqilər ki, bolluq və darlıqda yardım üçün para (pul) xərcləyərlər. Öfkələrini kontrol edərlər, insanların qüsurlarını görməməzlikdən gələrlər. Allah yaxşılıq edənləri sevər.
Ali İmran/3:92 Sevdiyiniz şeylərdən iqtisadi yardım olaraq vermədikcə müttəqi bir şəxs ola bilməzsiniz. Hər nəyi verərsəniz Allah mütləq onu bilir.

Ənam/6:141 Odur yaradan, çardaqlı və çardaqsız bağçaları, məhsulları müxtəlif olan xurmaları, əkinləri, zeytunları və narları bənzər və ya fərqli. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin və haqqını da yığım günündə verin. İsrafçılıq etməyin; O, israfçılıq edənləri sevməz.

Tovbə/9:60 Sədəqələr, Allahdan bir öhdəlik olaraq yalnız yoxsullara, gücsüzlərə (kasıblara), bu sahədə çalışan görəvlilərə, rəğbət bəsləyənlərə, kölələrin azadlığı üçün, borclulara, Allah yoluna və yolda qalmışlara verilməlidir. Allah Biləndir, Hikmət sahibidir.

Furqan/25:67 Onlar verərkən israfçılıq və xəsislik etməz, ikisi arasında yerli-yerində xərcləyərlər.

Rum/30:39 İnsanların malları içində artması üçün verdiyiniz sələm (riba) Allah yanında artmaz. Ancaq, Allahın rizasını diləyərək verdiyiniz bir zəkata gəlincə, onu verənlər sərmayələrini qat-qat artırarlar.

İnsan/76:8 Yoxsula, yetimə və dustağa sevdikləri yeməkləri yedirərlər.

Nur/24:33 Evlənməyə imkanı olmayanlar da, Allah onları lütfü ilə zənginləşdirənə qədər iffətli davransınlar. Evlənmə yolu ilə azadlıq sənədi almaq istəyən əsirləri -niyyətləri dürüstdürsə- azadlıqlarına qovuşdurun. Və Allahın sizə verdiyi parasından (pulundan) onlara verin. İffətli olmaq istəyən qızlarınızı, bu dünyanın keçici mənfəətini arzulayaraq fahişəliyə məcbur etməyin. Kim onları məcbur edərsə, o zaman Allah onların məcbur edildiyini hesaba qatar; O Bağışlayandır, Rəhmlidir.

Bəqərə/2:262 Paralarını (pullarını) Allah yolunda xərclədikdən sonra yaxşılıqlarını minnət qoyub əziyyət etməyənlər üçün Rəbləri qatında mükafatları vardır. Onlara qorxu və üzüntü yoxdur.