Zəriyət - 51:28
Onlardan bir qorxu hiss etdi. Bunun üzərinə onlar, "Qorxma!" dedilər və ona bilikli bir oğul müjdələdilər.
İbrahim qonaqlarından nə üçün qorxdu?
Ənam/6:9
Onu bir mələk etsəydik, onu bir adam şəklində göndərər və həmin şübhələrində saxlayardıq.
Hicr/15:8
Biz mələkləri ancaq bəlli bir məqsəd üçün göndəririk. O zaman da kimsəyə möhlət verilməz.
Furqan/25:22
Mələkləri gördükləri gün, günahkarlar üçün ürəkaçan bir gün olmayacaqdır. "Tamamilə mühasirəyə alındıq," deyərlər.
Hud/11:69
Elçilərimiz İbrahimə müjdəni götürdüklərində "Salam!" (sülh olsun) dedilər. O da "Salam!" dedi və dərhal (onlara) qızardılmış bir buzov gətirdi.
Hud/11:70
Əllərinin ona uzanmadığını görüncə, bu hallarını bəyənmədi; içinə bir qorxu düşdü. "Qorxma," dedilər, "Biz Lutun xalqına göndərilmişik."
Zəriyət/51:24
İbrahimin möhtərəm qonaqlarının xəbərini aldınmı?
Zəriyət/51:25
Onun hüzuruna girmişdilər və "Salam (sülh) olsun" demişdilər. O da, "Salam sizə, yadlar (tanış olmayanlar)!" demişdi.
Zəriyət/51:26
Ailəsinə yönəldi və sonra kök bir buzov ilə gəldi.
Zəriyət/51:27
Onu onların önünə çəkib, "Yemirsiniz?" dedi.
Zəriyət/51:28
Onlardan bir qorxu hiss etdi. Bunun üzərinə onlar, "Qorxma!" dedilər və ona bilikli bir oğul müjdələdilər.
Furqan/25:7
Və dedilər, "Necə olur ki, bu elçi yemək yeyir və bazarlarda gəzib-dolaşır? Gərək onunla birlikdə xəbərdarlıq etmək üçün bir mələk nazil olaydı!"
Ənbiya/21:7
Səndən öncə, insanlardan başqa elçi göndərmədik; onlara vəhy edirdik. Bilmirsinizsə mütəxəssislərdən soruşun.
Ənbiya/21:8
Onları, yemək yeməyən bədənlər olaraq yaratmadıq. Onlar ölümsüz də deyildilər.
Furqan/25:20
Səndən öncə göndərdiyimiz bütün elçilər də yemək yeyərdilər, bazarlarda gəzib-dolaşardılar. Sizi bir-biriniz üçün bir sınaq etdik; səbr edə biləcəksinizmi? Rəbbin Görəndir.
Maidə/5:75
Məryəm oğlu Məsih elçidən başqa bir şey deyildi. Ondan öncə də neçə-neçə elçilər gəlib keçmişdi. Anası da doğru sözlü idi. Hər ikisi də yemək yeyirdi. Ayələrimizi onlara necə açıqladığımıza diqqət et, sonra buna rəğmən necə də üz çevirdiklərini gör!