Zəriyət - 51:43 Səmudda da (bir dərs vardır). Onlara, "Bəlli bir vaxta qədər kefinizə baxın" deyilmişdi.
Səmud qövmünə verilən müddət:
Hud/11:61 Səmuda da qardaşları Salehi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrı yoxdur. Sizi yerdən çıxarıb yaradan, sizi oraya yerləşdirən Odur. Elə isə Ondan bağışlanma diləyin və sonra Ona yönəlin. Şübhəsiz Rəbbim Yaxındır, Cavab verəndir.
Hud/11:62 Dedilər ki: "Ey Saleh, sən bundan öncə, aramızda məşhur bir ümid qaynağı idin. İndi sən bizi atalarımızın qulluq/xidmət etdiklərindənmi çəkindirirsən? Biz, sənin bizi çağırdığın şeylərdən şübhə içindəyik."
Hud/11:63 Dedi ki: "Ey xalqım, əgər mən Rəbbimdən qəti bir dəlilə sahibəmsə və Öz tərəfindən mənə rəhmət vermişsə? Ona üsyan edərsəm, məni Allahdan kim qurtara bilər? Siz ancaq mənim ziyanımı artıra bilərsiniz."
Hud/11:64 "Ey xalqım, Allahın bu dəvəsi sizin üçün bir ayədir. Allahın torpağında buraxın otlasın. Ona pislik etməyin. Yoxsa sizi yaxın bir əzab yaxalayar."
Hud/11:65 Fəqət, onu işgəncə ilə kəsdilər. "Yurdunuzda yaşamağınız üçün üç gününüz var. Bu, yalan olmayan bir sözdür," dedi.
Hud/11:66 Əmrimiz gəlincə, Salehi və onunla birlikdə iman edənləri Bizdən bir rəhmət ilə o günün rəzilliyindən qurtardıq. Rəbbin, şübhəsiz Güclü və Üstündür.
Hud/11:67 Zalımları qorxunc bir səs yaxaladı, yurdlarında çöküb qaldılar.
Hud/11:68 Sanki orada heç yaşamamışdılar. Doğrusu Səmud (xalqı) Rəblərinə qarşı gəldi; Səmud (xalqı) məhv olub getdi.