Zəriyət - 51:49
Öyüd almağınız üçün də, hər şeyi cüt-cüt yaratdıq.
Allah hər şeyi cüt-cüt yaratdı:
Zuxruf/43:12
O ki, bütün cütləri yaratdı və minəsiniz deyə sizin üçün gəmilər və kənd təsərrüfatı heyvanları yaratdı.
Zəriyət/51:49
Öyüd almağınız üçün də, hər şeyi cüt-cüt yaratdıq.
Nəcm/53:45
Odur iki cütü yaradan; erkəyi və dişini...
Ya sin/36:36
Yerin bitirdiklərindən, öz cinslərindən və daha bilmədikləri neçə-neçə şeylərdən cürbəcür cütləri yaradan Çox Ucadır.
Rum/30:21
Onlarla rahatlaşıb hüzur tapasınız deyə, sizin üçün sizin cinsinizdən zövcələr yaratması və aranıza dostluq sevgisi və mərhəmət qoyması Onun ayələrindəndir. Düşünən bir camaat üçün bunda işarətlər vardır.
Loğman/31:10
Göyləri, gördüyün bir dirək olmadan yaratmışdır. Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi və orada hər növ məxluqu yaydı. Göydən bir su yağdırdıq və orada hər gözəl cütü bitirdik.
Fatir/35:11
Allah sizi torpaqdan, sonra bir damcıdan (nütfədən) yaratmış və sonra da sizi cütlər halında yaratmışdır. Bir dişinin hamilə qalması və doğması ancaq Onun bilgisi ilədir. Bir canlının uzun ömürlü olması da, ömrünün qısa tutulması da ancaq bir kitabda qeydə (yazıya) görədir. Bu, Allaha asandır.
Şura/42:11
O göyləri və yeri yararaq Yaradandır. İçinizdən sizin üçün həmtaylar yaratdı və kənd təsərrüfatı heyvanlarını da cütlər halında yaratdı. Beləcə sizi orada artırıb çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, Eşidəndir, Görəndir.