Zəriyət - 51:56
Cinləri və insanları ancaq Mənə qulluq etmələri üçün yaratdım.
Cinlərin yaradılışı:
Kəhf/18:50
Mələklərə: "Adəmə səcdə edin!" dediyimiz zaman, hamısı səcdə etdilər; yalnız İblisdən başqa. Rəbbinin əmrinə qarşı gəldiyi üçün cinlərdən oldu. Məni buraxıb onu və soyunumu dostlar seçirsiniz? Halbuki onlar, sizin düşmənlərinizdir. Zalımlar üçün bu necə də pis bir dəyişmədir!
Əraf/7:12
(Allah) dedi: "Sənə əmr etdiyim zaman sənə səcdə etməyə nə mane oldu?" (İblis:) "Mən ondan daha yaxşıyam; Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.
Hicr/15:27
Cinləri də öncədən, içə nüfus edən parlaq atəşdən yaratdıq.
Sad/38:75
"Ey İblis, əllərimlə yaratdığıma səcdə etməkdən səni çəkindirən nədir? Təkəbbürmü göstərdin? Yoxsa üsyanmı etdin?" dedi.
Sad/38:76
"Mən ondan daha üstünəm. Məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.
Rahmən/55:15
Cinləri də tüstüsüz atəşdən yaratdı.