Tur - 52:13
Cəhənnəm atəşinə itələndikləri gün:
Cəhənnəm atəşinə itələndikləri gün:
Qaf/50:19
Nəhayət ölüm sərxoşluğu gerçəkdən gəlmişdir; məhz sənin qaçdığın şey budur.
Qaf/50:20
Boruya üfürülmüşdür. Bu, söz verilən gündür.
Qaf/50:21
Hər can yanında bir sürücü və bir şahid ilə gələr.
Qaf/50:22
Sən tamamilə bundan qafil (xəbərsiz) idin. İndi Biz pərdəni qaldırdıq; bu gün gözün polad kimi itidir.
Qaf/50:23
Yanındakı yoldaşı, "Bu yanımdakı hazırdır" deyər.
Qaf/50:24
Haydı ikiniz atın cəhənnəmə hər inadçı kafiri,
Zəriyət/51:13
O gün onlar atəşə göndərilərlər.
Zəriyət/51:14
Cəzanızı dadın, meydan oxumaqda olduğunuz şey budur!
Tur/52:13
Cəhənnəm atəşinə itələndikləri gün:
Tur/52:14
Məhz, yalanladığınız Atəş budur.
Mutaffifin/83:16
Və beləcə onlar Cəhənnəmə atılar.
Mutaffifin/83:17
"Yalanlamaqda olduğunuz şey bax budur" deyilər.
Mulk/67:27
Onu yaxınlaşarkən gördükləri zaman, inkar edənlərin üzləri eybəcər hala düşər və onlara, "Bax, israrlı şəkildə istədiyiniz şey budur," deyilər.