Tur - 52:2 Qeyd edilmiş (yazılmış) kitaba,
"Tur/qeyd edilmiş kitab/dəri üzərində yayımlanmış." = Tur dağında Musaya (ə) verilən, İsrail oğullarının bir qismini yayımladığı, bir qismini gizlədiyi kitab/Tövrat:
Bəqərə/2:93 Bir vaxt üzərinizə Tur dağını qaldırıb sizdən söz almışdıq: “Sizə verdiyim əmrlərə möhkəmcə sarılın və dinləyin!” Fəqət “Dinlədik və qarşı gəldik,” - dedilər. İnkar etmələrinə görə qəlbləri buzov ilə aldandı. De ki: “İman etmişsinizsə, inancınız sizə necə də pis yön verir!”

Ənam/6:91 "Allah heç bir insana bir şey nazil etməz," deməklə Allahı layiqincə qiymətləndirmədilər. De ki: "İnsanlara bir hidayət və işıq olaraq Musanın gətirdiyi kitabı kim nazil etdi - ki göstərmək üçün onu kağızlara yazdığınız halda çoxunu gizləyirdiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri onun vasitəsiylə öyrəndiniz-?" De, "Allah!" və onları öz azğınlıqlarında burax, oynayıb-əylənsinlər.

Əraf/7:145 Hər şeyin detallı açıqlaması və öyüd olaraq hər nə varsa Musa üçün lövhələrə yazdıq: "Bu təlimlərə möhkəm sarıl, xalqına da söylə ona ən gözəl şəkildə sarılsınlar. Yoldan çıxmışların son dayanacağını sizə göstərəcəyəm."
Əraf/7:154 Musanın qəzəbi sakitləşincə lövhələri götürdü. Onda Rəblərinin ehtiramını saxlayanlar üçün bir yol göstərmə və rəhmət yazılı idi.