Tur - 52:29 Sən öyüd ver! Rəbbinin sənə olan yaxşılığı sayəsində sən nə bir kahinsən, nə də dəli.
"Rəbbinin sənə olan yaxşılığı" Məqsəd nədir?
Şura/42:52 Biz beləcə sənə qatımızdan bir ruh vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Ancaq onu, istədiyimiz qulları doğruya yetişdirən bir nur etdik. Sən əlbəttə doğru yola bələdçilik edirsən.


Nisa/4:69 Allaha və elçisinə itaət edənlər, Allahın özlərinə yaxşılıq etdiyi peyğəmbərlər, təsdiqləyənlər, şəhidlər və salehlər ilə bərabərdirlər. Onlar nə gözəl yoldaşdır.

Bəqərə/2:269 Hikməti istədiyinə verir. Kimə hikmət verilmişsə ona çox böyük yaxşılıq edilmişdir. Düşüncə sahiblərindən başqası öyüd almaz.


Nəhl/16:30 Müttəqilərə: "Rəbbiniz nə nazil etmişdi?" deyilir. "Yaxşılıq," deyə qarşılıq verirlər. Bu dünyada gözəl davrananlar üçün gözəllik vardır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də yaxşıdır.

Bəqərə/2:105 Kitab əhlinin inkarçıları da, bütpərəstlər də Rəbbinizdən sizə bir yaxşılıq nazil edilməsini istəməz. Rəhmətini istədiyinə məxsus edər. Allah böyük lütf sahibidir.

Fatihə/1:7 Qəzəbə uğrayanların və sapmışların deyil; özlərinə yaxşılıq etdiyin kimsələrin yoluna...

Tur/52:29 Sən öyüd ver! Rəbbinin sənə olan yaxşılığı sayəsində sən nə bir kahinsən, nə də dəli.