Tur - 52:34
Doğru sözlüdürlərsə, bunun bənzəri (olan) bir hədis gətirsinlər.
Quranın uydurulduğunu necə iddia etdilər?
Furqan/25:4
İnkar edənlər: "Bu, başqalarının yardımı ilə onun uydurduğu bir yalandan başqa bir şey deyildir," deyərək haqsız və əsassız bir tezis (iddia) ortaya qoydular.
Furqan/25:5
Dedilər, "Yazıb durduğu şey əvvəlkilərin nağıllarıdır; ona diktə edilməkdədir, səhər-axşam."
Nəhl/16:103
"Ona bir insan öyrədir!" şəklindəki sözlərini əlbəttə bilirik. Nəzərlərində tutduqları şəxsin dili başqadır, bu isə açıq-aşkar Ərəbcə bir dildir.
Hud/11:35
"Bunu (bu nəql edilən tarixi mübahisəni) o uydurdumu"- deyirlər? (Ey Muhəmməd!) De ki: "Onu mən uydurmuşamsa, günahımdan mən (özüm) məsuliyyətli olacağam və sizin işlədiyiniz günahlarla da mənim bir əlaqəm yoxdur."
Ənbiya/21:3
Qəlbləri qorxusuzdur. Zalımlar gizlicə bir-birləriylə görüşdülər: "Bu adam sizin kimi bir insan deyilmi? Göz görə-görə sehrəmi qapılacaqsınız?"
Ənbiya/21:4
Dedi ki, "Rəbbim yerdə və göydə hər sözü bilir. O, Eşidəndir, Biləndir!"
Ənbiya/21:5
Hətta, "Boş xəyallardır", "Onu o uydurmuşdur" və "O bir şairdir, daha öncəki elçilər kimi o da bizə möcüzələr gətirsin," dedilər.
Şura/42:24
Onlar, "O, Allah haqqında yalan uydurdu." deyirlər, eləmi? Allah istəsə, sənin qəlbini möhürləyər. Allah yanlışı silər və sözləri ilə gerçəyi yerləşdirər. O ən gizli düşüncələri bilir.