Nəcm - 53:14
Ən son nöqtədə.
Ən son nöqtə: "Allahın qatı"
Əraf/7:206
Rəbbinin qatındakılar, Ona qulluq etməkdən çəkinib təkəbbür göstərməzlər, Onu Ucaldırlar və Ona səcdə edərlər.
Nəcm/53:13
Onu bir dəfə yenə görmüşdü.
Nəcm/53:14
Ən son nöqtədə.
Nəcm/53:15
(Ona görə) ki, yanında sığınılacaq cənnət vardır.
Nəcm/53:16
Bütün bölgə ehtişamlı şəkildə əhatə edilmişdi.
Nəcm/53:17
Göz yanılmadı, həddi də aşmadı.
Nəcm/53:18
Rəbbinin böyük ayələrini gördü.
Zumər/39:75
Mələkləri, yönətim (idarəetmə) mərkəzinin ətrafını əhatə etdiyi halda, Rəblərini tərifləyərək ucaltdıqlarını görərsən. Aralarında gerçəyə görə hökm verilmişdir və "Tərif aləmlərin Rəbbi Allahadır," deyilir.
İsra/17:1
Bəzi ayələrimizi ona göstərmək üçün qulunu gecə vaxtı (Məkkədəki) Müqəddəs Məsciddən, çevrəsini bərəkətli etdiyi ən uzaq məscidə (səcdə yerinə) götürüb aparan çox Ucadır. O şübhəsiz Eşidəndir, Görəndir.