Nəcm - 53:22
Necə də insafsız bir paylaşmadır!
Qız uşaqlarını erkəklərdən aşağı görən məkkəli müşriklərə, öz anlayışları ilə göndəriş edilir:
Nəhl/16:58
Onlardan birinə dişi müjdələndiyi zaman, böyük bir öfkəylə üzü qapqara qaralır.
Nəhl/16:59
Ona müjdələnən 'pislikdən' utanaraq insanlardan özünü gizləməyə çalışır. İndi onu utana-utana saxlasınmı, yoxsa torpağamı basdırsın?! Verdikləri qərar necə də pisdir!
Zuxruf/43:16
Yaratdıqlarından qızları Özünə ayırdı sonra da oğulları sizəmi seçdi?
Zuxruf/43:17
Onlardan biri, Rəhmana isnad etdiyi (qız uşağı) ilə müjdələnincə, əhvali-ruhiyyəsi pozularaq üzü qapqara olar:
Zuxruf/43:18
"Süslər içində yetişdirilməsinə rəğmən mücadilədə bacarıqsız olanmı?!"
Zuxruf/43:19
Rəhmanın qulları olan mələkləri dişi hesab etdilər! Onların yaradılışlarına şahidmi oldular? Bu şahidlikləri qeyd ediləcək (yazılacaq) və sorğu-suala çəkiləcəklər.