Nəcm - 53:23
Onlar, sizin və atalarınızın qoyduğu isimlərdən başqa bir şey deyildir və Allah onlar üçün heç bir dəlil nazil etməmişdir. Onlara, Rəblərindən bir yolgöstərici gəldiyi halda, sadəcə zehinlərindəki yanlış düşüncələrinin və şəxsi arzularının ardınca gedirlər.
Ataları sorğu-sual etmədən, kor-koranə izləmənin aqibəti:
Saffat/37:68
Sonra dönüşləri yenə cəhənnəmədir.
Saffat/37:69
Onlar, atalarını azğın kimsələr olaraq görmüşdülər.
Saffat/37:70
Və onların izlərini kor-koranə izləyirdilər.
Saffat/37:71
Onlardan öncə də bir çoxları eyni şəkildə azmışdı.