Nəcm - 53:23 Onlar, sizin və atalarınızın qoyduğu isimlərdən başqa bir şey deyildir və Allah onlar üçün heç bir dəlil nazil etməmişdir. Onlara, Rəblərindən bir yolgöstərici gəldiyi halda, sadəcə zehinlərindəki yanlış düşüncələrinin və şəxsi arzularının ardınca gedirlər.
19, 20 ...23 ayələri əsasında; Məkkə camaatı, mələkləri Allahın qızları olaraq dəyərləndirərək tanrılar qəbul etdi və şəfaətlərini ümid edərək qulluq/xidmət etdilər:
Nəhl/16:56 Onlara verdiyimiz ruzilərdən şüursuzlara bir pay ayırırlar. Allaha and olsun ki, siz bu uydurduğunuz şeylərdən sorğu-sual olunacaqsınız.
Nəhl/16:57 Uca Allaha qızları ayırırlar; özlərinə də xoşlandıqlarını...

İsra/17:40 Rəbbiniz oğulları sizə seçdi sonra da Özünə mələklərdən qızlarımı götürdü? Çox böyük bir iddiadasınız.

Saffat/37:149 Soruş onlardan, "Qızları sənin Rəbbinə, oğlanları özlərinəmi ayırırlar?"
Saffat/37:150 Yoxsa mələkləri, onların gözü önündə dişi olaraqmı yaratdıq?
Saffat/37:151 Əslində, onlar uydurduqları (yalan) üzündən deyirlər ki,

Zuxruf/43:19 Rəhmanın qulları olan mələkləri dişi hesab etdilər! Onların yaradılışlarına şahidmi oldular? Bu şahidlikləri qeyd ediləcək (yazılacaq) və sorğu-suala çəkiləcəklər.
Zuxruf/43:20 Hətta, "Rəhman istəsəydi, biz onlara qulluq/xidmət etməzdik," dedilər. Onların bu mövzuda bir bilgiləri yoxdur. Onlar sadəcə təxmin edirlər.
Zuxruf/43:21 (Yoxsa) onlara bundan öncə bir kitabmı verdik və ona da əsaslanırlar?
Zuxruf/43:22 Xeyr, "Biz atalarımızı bir yol üzərində gördük və biz onların təlimlərini izləyirik," dedilər.

Nisa/4:117 Ondan ayrı olaraq tanrıçalara (ilahələrə) qulluq / xidmət edərlər. Əslində inadçı şeytandan başqasına qulluq / xidmət etmirlər.

Əraf/7:30 Bir qrupu doğru yola yönəltdi, bir qrup da azğınlığa layiq görüldü. Onlar şeytanları Allahdan başqa dostlar qəbul etdilər. Amma özlərini doğru yolda sanırlar.

Ali İmran/3:80 Və sizə, mələkləri və peyğəmbərləri rəblər qəbul etməyinizi də əmr etməz. Siz müsəlman olduqdan sonra, sizə heç inkar etməyi əmr edərmi?

Səba/34:40 Hamısını topladığı gün mələklərə, "Bunlarmı sizə qulluq/xidmət edirdi?" deyər.
Səba/34:41 Dedilər ki, "Sən Ucasan, Vəlimiz (dostumuz) onlar deyil, Sənsən. Xeyr, onlar cinlərə qulluq/xidmət edirdilər. Çoxları onlara iman edirdi."

Nəcm/53:26 Göylərdəki mələklərin belə şəfaəti bir fayda verməz. Ancaq Allahın istədiyi kimsə üçün izin verməsindən və Onun rizasına uyğun olduqdan sonra...
Nəcm/53:27 Axirətə iman etməyənlər, mələkləri dişi olaraq vəsf etməkdədirlər.