Nəcm - 53:33
Gördünmü o üz çevirəni?
33, 34, 35 ayələri əsasında; Ayələrdən üz çevirən və görən/hələ də özünə Allahın lütf edəcəyini iddia edən:
Nəcm/53:33
Gördünmü o üz çevirəni?
Nəcm/53:34
Hərdənbir və çox az verdi.
Nəcm/53:35
Gizli şeylərin bilgisinəmi sahibdir ki, (gələcəyi) görür?
Məryəm/19:77
Ayələrimizi rədd edən və, "Mənə mal və övlad veriləcək," deyəni gördünmü?
Məryəm/19:78
Gələcəyin bilgisinəmi sahib oldu? Yoxsa Rəhmandan bir sözmü aldı?
Məryəm/19:79
Xeyr. Söylədiklərini qeyd edəcəyik (yazacağıq) və cəzasını artıracağıq.
Muddəssir/74:11
Bir fərd olaraq yaratdığım kimsəni Mənə burax.
Muddəssir/74:12
Ona həm zənginlik verdim,
Muddəssir/74:13
Həm də gözü önündə övladlar...
Muddəssir/74:14
Ona nemətlər yağdırdım.
Muddəssir/74:15
Buna rəğmən, daha artığını istəyir.
Muddəssir/74:16
Əsla, çünki o, ayələrimizə qarşı bir inadkar oldu.