Nəcm - 53:37
Və sözünü gerçəkləşdirən İbrahimin.
Allahı özümüzə zamin edərək verilən sözün əhəmiyyəti:
Nəhl/16:91
Anlaşma etdiyinizdə (müqvilə bağladığınızda) Allahın əhdini yerinə yetirin. Möhkəm içdiyiniz andları pozmayın. Allahı özünüzə kəfil etmişdiniz. Allah etdiklərinizi bilir.
Əhzab/33:15
Daha öncə də, arxa çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilmiş hər söz sorğu-sual olunacaqdır.
Bəqərə/2:177
Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.
Maidə/5:106
Ey iman edənlər! Birinizə ölüm yaxınlaşdığı vaxt, aranızdan iki ədalətli şahid tanıq olsun. Yolçuluq (səfər) anında sizə ölüm gələrsə, sizdən olmayan iki şəxs... Şübhələnirsinizsə, namazdan sonra şahidləri saxlayıb Allah adıyla: "Əqrəba belə olsa, şahidliyimizi heç bir dəyərlə dəyişdirməyəcəyik, Allahın şahidliyini gizləməyəcəyik. Əks təqdirdə, günahkarlardan olarıq," deyə and içdirin.
Maidə/5:107
Şahidlərin tərəfli olduğu anlaşılarsa, öncəki şahidlərin haqsızlığına uğrayan tərəfdən iki şahid onların yerinə keçər və Allahın adı ilə belə and içərlər: "Şahidliyimiz digər ikisinin şahidliyindən daha doğrudur. Biz azmayacağıq; yoxsa zalım olarıq."
Maidə/5:108
Bu tətbiq, şahidliyi lazımi qaydada etmələrini və and içdikdən sonra andlarının rədd edilməsindən qorxmalarını təmin etmək üçündür. Allaha ehtiram edin və dinləyin. Allah yoldan yaxşıca çıxmış topluluğu doğru yola yönəltməz.
Tovbə/9:42
Yaxın bir mənfəət və orta məsafədə bir yolçuluq (səfər) olsaydı, səni izləyəcəkdilər; ancaq çətinlik onlara ağır gəldi. Allaha and içəcəklər: "Gücümüz yetsəydi, sizinlə birlikdə çıxacaqdıq." Beləcə özlərini məhv edirlər. Allah onların yalançı olduqlarını bilir.
Yusuf/12:66
"Hamınız mühasirəyə alınıb əngəllənmədikcə, onu mənə gətirəcəyinizə dair Allah adına sağlam bir söz verməsəniz, onu sizinlə bərabər gödərmərəm." Onlar ona söz verincə, "Söylədiklərimizə Allah şahiddir," dedi.
Yusuf/12:80
Ondan ümidlərini kəsincə, danışmaq üzrə bir kənara çəkildilər. Böyükləri: "Atanızın sizdən Allah adına bir söz aldığını və daha öncə Yusuf mövzusunda da həddi aşmış olduğunuzu bilmirsinizmi? Atam mənə izin verincəyə, yaxud Allah haqqımda hökm verincəyə qədər buradan ayrılmayacağam. O, ən yaxşı Hökm Edəndir," dedi,
Rad/13:20
Onlar ki, Allaha verdikləri sözü yerinə yetirirlər və sözləşməni pozmazlar.
Muminun/23:8
Onlar (o kəslər) ki, onlara əmanət edilən şeylərə diqqət edərlər. Verdikləri sözləri də yerinə yetirirlər.
Nur/24:6
Arvadlarını günahlandırıb özlərindən başqa şahidləri olmayan kişilərdən birinin şahidliyi, doğru danışdığına dair dörd dəfə Allaha and içməsiylə keçərlidir.
Nur/24:7
Beşinci andında da, yalançı olduğu təqdirdə Allahın lənətinin öz üzərinə olmasını diləyər.
Nur/24:8
Dörd dəfə Allaha and içərək ərinin yalan söylədiyinə şahidlik etdiyi təqdirdə qadın cəzanı uzaqlaşdırar.
Nur/24:9
Beşinci andda da, ərinin doğru olduğu təqdirdə özünün Allahın qəzəbinə uğramasını diləyər.
Qasas/28:27
Dedi ki: "Mənə səkkiz həcc boyunca işləmək şərti ilə səni bu qızlarımdan biri ilə nikahlamaq istəyirəm. İstəyərsən onu ona (on ilə) tamamlaya bilərsən. Səni sıxıntıya salmaq istəmirəm. Allah istəyərsə, məni müttəqi davranan biri olaraq görəcəksən."
Qasas/28:28
Dedi ki, "Bu, səninlə mənim aramda olan bir sözləşmədir (razılaşmadır). Hansı müddəti yerinə yetirərsəm mənə düşmənçilik olmamalıdır. Danışdıqlarımıza Allah zamindir."
Məaric/70:32
Onlar etibarlıdırlar, sözlərinə bağlıdırlar;
İnsan/76:7
Onlar sözlərini yerinə yetirərlər və olduqca pis olan bir gündən qorxarlar.