Nəcm - 53:38 (Ona görə) ki, heç bir kimsə başqa birisinin günah yükünü daşımaz,
Heç kimsə başqa bir kimsənin yükünü daşımaz (yüklənməz): (Məqsəd nədir?)
Fatir/35:18 Kimsə kimsənin günahını yüklənməz. Günahla yüklənmiş birisi yükünü daşımaq üçün əqrəbalarını belə çağırsa onun yükündən heç bir şey daşınmaz. Sən yalnızca, öz başlarına ikən Rəblərinə hörmət edən və namazı qoruyan şəxsləri xəbərdar edə bilərsən. Kim özünü təmizləyərsə, öz xeyrinə təmizlənmişdir. Dönüş Allahadır.

Zumər/39:7 İnkar edərsinizsə, Allahın sizə ehtiyacı yoxdur. Fəqət O, qullarının inkarçı olmasından xoşlanmaz. Şükür edərsinizsə sizdən razı olar. Heç kimsə başqa kimsənin günah yükünü daşımaz. Sonra dönüşünüz Rəbbinizədir və etmiş olduqlarınızı sizə xəbər verəcəkdir. O, kökslərin özünü bilir.

Nəcm/53:38 (Ona görə) ki, heç bir kimsə başqa birisinin günah yükünü daşımaz,