Qamər - 54:26 Həddini bilməz yalançının kim olduğunu sabah öyrənəcəklər.
Nə üçün insan elçi?
Nəhl/16:43 Səndən öncə, adamlardan/iki ayaq üzərində yeriyənlərdən başqasını elçi olaraq göndərmədik; onlara vəhy etdik. Bilmirsinizsə mütəxəssislərdən soruşun.

Ənbiya/21:7 Səndən öncə, insanlardan başqa elçi göndərmədik; onlara vəhy edirdik. Bilmirsinizsə mütəxəssislərdən soruşun.

Yusuf/12:109 Səndən öncə, şəhərlərin əhalisinin arasından (seçib) vəhy etdiyimiz adamlardan başqasını göndərmədik. Yer üzünü gəzib dolaşıb özlərindən öncəkilərin aqibətini görmürlərmi? Müttəqilər üçün axirət yurdu daha yaxşıdır; anlamırsınız?

Həcc/22:75 Allah mələklərdən və insanlardan elçilər seçər. Əlbəttə, Allah Eşidəndir, Görəndir.

İsra/17:95 De ki: "Yer üzündə məskunlaşıb, gəzib dolaşanlar mələklər olsaydı, onlara göydən bir mələyi elçi göndərərdik."