Qamər - 54:42 Bütün möcüzələrimizi yalanladılar və Biz də onları Ən üstün və hər şeyə Gücü Yetənin yaxalaması kimi yaxaladıq.
Firon və çevrəsindəki adamları necə məhv edildilər?
Şuəra/26:61 Hər iki topluluq bir-birini görüncə, Musanın yoldaşları: "Baxın, yaxalanırıq!" dedilər.
Şuəra/26:62 "Əsla. Rəbbim mənimlə birlikdədir; Mənə bir çıxış yolu göstərəcəkdir!" dedi.
Şuəra/26:63 Musaya, "Dəyənəyini dənizə vur!" deyə vəhy etdik. Bundan sonra yarıldı və hər hissəsi böyük bir təpə kimi oldu.
Şuəra/26:65 Musanı və onunla bərabər olan hər kəsi qurtardıq.

Ta ha/20:77 Musaya: "Qullarımı gecə vaxtı başqa bir yerə apar və onlar üçün dənizdə quru bir yol aç. Yaxalanmaqdan qorxma, narahat olma," deyə vəhy etdik.
Ta ha/20:78 Firon, ordusu ilə birlikdə arxalarına düşdü. Halbuki, dəniz üstlərinə qapanıb onları içinə aldı.

Duxan/44:23 "Qullarımla gecə vaxtı yola çıx. Siz izlənirsiniz."
Duxan/44:24 "Dənizi yarılmış olaraq tərk et. Onlar boğulmağa məhkum bir ordudur."