Qamər - 54:5
Bu üstün bir hikmətdir; ancaq xəbərdarlıqlar fayda vermir.
Ay yarıldığı zaman ortaya çıxan möcüzə:
Muddəssir/74:30
Üzərində on doqquz vardır.
Muddəssir/74:31
Biz atəşə gözətçi olaraq sadəcə mələkləri təyin etdik. Onların sayını (on doqquzu) da, inkar edənlər üçün bir fitnə (imtahan/hüzursuzluq qaynağı) etdik, kitab verilmiş olanları razı etsin, iman edənlərin inancını gücləndirsin, kitab verilmiş olanlarla iman edənlərin şübhələrini ortadan qaldırsın və qəlblərində xəstəlik olanlarla inkar edənlər də, "Allah bu örnəklə nə demək istəyir?" desinlər. Beləcə Allah istədiyini/istəyəni azdırır və istədiyini/istəyəni də doğruya yönəldir. Rəbbinin ordularını Özündən başqası bilməz. Bu (say) insanlara bir mesajdır.
Muddəssir/74:32
Xeyr, and olsun Aya,
Muddəssir/74:33
Keçdiyi vaxt gecəyə,
Muddəssir/74:34
Ağardığı vaxt səhərə,
Muddəssir/74:35
Bu böyüklərdən biridir.
Muddəssir/74:36
İnsanlara bir xəbərdarlıqdır.
Muddəssir/74:37
İrəliləmək yaxud, geridə qalmaq istəyənləriniz üçün.
Nəml/27:82
Zamanı gəlincə, onlara torpaqdan məmul bir məxluq çıxardacağıq; onlara, insanların ayə və möcüzələrimizə iman etmədiyini bildirəcək.
Nəml/27:83
Gün gələcək, hər camaatın içində, ayələrimizi və möcüzələrimizi yalanlayan kimsələri toplayıb sürüyəcəyik.
Nəml/27:84
Gəldikləri zaman, "Ayə və möcüzələrimi bilginizlə qavramadığınız halda yalanladınız, eləmi? Yoxsa etdiyiniz nə idi?" deyər.
Əhqaf/46:10
De ki , "Düşündünüzmü, əgər o, Allah qatındandırsa və siz də ona qarşı çıxmışsınızsa və İsrail oğullarından bir şahid də bunun bənzərini görüb iman etdiyi halda, siz təkəbbür göstərib üz çevirmişsinizsə?! Şübhəsiz Allah zalım topluluğu doğru yola yönəltməz."