Rahmən - 55:2 Quranı öyrətdi.
Quranı öyrətdi:

Sad/38:29 Sənə nazil etdiyimiz bu kitab mübarəkdir; ayələrini tədqiq edib araşdırsınlar və ağıl sahibləri öyüd alsınlar.

Muzzəmmil/73:4 Yaxud yarısından bir az sonra... Quranı da diqqətlə düşünə-düşünə oxu.

Qiyamə/75:16 Onu tələsərək əyri-əskik (kəsirli oxuyaraq) dilini oynatma.
Qiyamə/75:18 Biz onu oxuduğumuz zaman, onun oxunuşunu izlə.

Əla/87:7 Allahın istədiyi xaric; O, aşkarı da bilir, gizlini də.