Rahmən - 55:33
Ey insanlar və cinlər topluluğu, göylərin və yerin hüdudlarını aşmağa gücünüz yetirsə, aşıb keçin. Bir səlahiyyətə (gücə, imkana) sahib olmadan keçə bilməzsiniz.
İnsan və cinlər heç bir səlahiyyət olmadan göylərin və yerin hüdudlarını aşa bilməz:
Hicr/15:17
Və onları hər qovulmuş şeytandan qoruduq.
Şuəra/26:209
Bu bir xəbərdarlıq və mesajdır; çünki Biz zülm etmərik.
Şuəra/26:210
Onu şeytanlar nazil etməmişdir.
Şuəra/26:211
Onlar bunu nə edərlər, nə də bacararlar.
Rahmən/55:33
Ey insanlar və cinlər topluluğu, göylərin və yerin hüdudlarını aşmağa gücünüz yetirsə, aşıb keçin. Bir səlahiyyətə (gücə, imkana) sahib olmadan keçə bilməzsiniz.
Rahmən/55:35
Üzərinizə atəşdən toplar və şüalar göndərilər; yardım görməyəcəksiniz.
Saffat/37:6
Biz ən aşağıdakı göyü planetlər ilə süsləyib,
Saffat/37:7
Hər cür inadçı şeytana qarşı bir qoruma etdik.
Saffat/37:8
Ali topluluğu dinləyə bilməzlər; hər yandan atılarlar.
Saffat/37:9
Qovularlar; daimi bir əzaba layiqdirlər.
Saffat/37:10
Bir söz qapan olarsa, onu, deşici bir şüa təqib edər.
Cinn/72:1
De ki, "Mənə vəhy edildiyinə görə, cinlərdən bir qrup dinlədilər və belə dedilər: "Biz diqqət çəkən bir Quran eşitdik."
Cinn/72:2
"O, doğruya yönəldir və biz ona iman etdik; bundan sonra Rəbbimizə heç kimsəni ortaq qoşmayacağıq."
Cinn/72:3
"Rəbbimiz çox ucadır. O, nə bir həyat yoldaşı, nə də bir övlad seçməmişdir."
Cinn/72:4
"Allah haqqında əsassız şeylər söyləyən bizim o beyinsizdir."
Cinn/72:5
"İnsanların və cinlərin Allaha qarşı yalan uydura bilməyəcəklərini sanmışdıq."
Cinn/72:6
"Halbuki bəzi insanlar, bəzi cinlərə sığınırdılar və bu da onların azğınlıqlarını artırırdı."
Cinn/72:7
"Onlar, eyni sizin sandığınız kimi, Allahın heç bir kimsəni göndərməyəcəyini sanırdılar."
Cinn/72:8
"Biz göyə toxunduq və onu güclü nəzarətçilərlə və atəş toplarıyla qorunmuş gördük."
Cinn/72:10
"Yerdəkilər üçün bir pislikmi planlanmışdır, yoxsa Rəbləri onlar üçün bir yaxşılıqmı istəmişdir, bilmirik."
Mulk/67:5
Ən aşağı göyü qəndillərlə süslədik və onları şeytanlar üçün bir daşlama etdik. Onlara alovlu atəş əzabını hazırladıq.
Fussilət/41:12
Beləcə onları iki gündə yeddi göy olaraq tamamladı və hər göyə özünəməxsus qanunları bildirdi. Və Biz ən aşağıdakı göyü isə qəndillərlə və qoruma sistemi ilə təchiz etdik. Bu, Üstün və hər şeyi Bilənin planıdır.
Ənbiya/21:32
Göyü qorunmuş bir tavan etdik. Buna rəğmən onlar ondakı işarətlərə maraq göstərməməkdədirlər.
Hicr/15:16
Göydə qalaktikalar yerləşdirdik və seyr edənlər üçün onları süslədik.