Rahmən - 55:33 Ey insanlar və cinlər topluluğu, göylərin və yerin hüdudlarını aşmağa gücünüz yetirsə, aşıb keçin. Bir səlahiyyətə (gücə, imkana) sahib olmadan keçə bilməzsiniz.
Göylərin və yerin sərhədlərini keçəbiləcək səlahiyyətdə olanlar:
Qədr/97:4 Mələklər və Ruh (Cəbrail) o gecə Rəblərinin izni ilə bütün əmrləri yerinə yetirmək üçün enərlər.

Səcdə/32:5 Göydən yerə qədər bütün işləri O kontrol edər. Sonra sizin saydığınızdan min ilə bərabər bir gün içində Ona yüksələrlər.

Məaric/70:4 Mələklər və Ruh (vəhy/komandalar/Cəbrail), əlli min ilə bərabər bir gün içində Ona yüksəlir.


Təkvir/81:20 Güclüdür; Yönətimin Sahibi qatından səlahiyyətlidir.


Nəhl/16:2 Qullarından istədiyinə, mələkləri vəhylə endirərək, əmrini çatdırır: "İnsanlara xəbərdarlıq edin: Məndən başqa tanrı yoxdur və Məni dinləyin."

Məryəm/19:64 Biz ancaq Rəbbinin əmri ilə nazil olarıq. Keçmişimiz, gələcəyimiz və ikisi arasında nə varsa Ona aiddir. Rəbbin unutqan deyildir.