Rahmən - 55:4
Ona bəyanı (izah etmək qabiliyyətini) öyrətdi.
İnsana bəyanı (açıqlama bacarığını) öyrətdi:
Rum/30:22
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun ayələrindəndir. Bilənlər üçün bunda işarələr vardır.
Zəriyət/51:23
Göyün və yerin Rəbbinə and olsun ki, sizin danışmağınız necə bir gerçəkdirsə, bu da eləcə bir gerçəkdir.
Bəqərə/2:37
Adəm, Rəbbindən kəlmələr aldı. Bundan sonra onun tövbəsini qəbul etdi. O, yönəlmələrə qarşılıq verəndir, Rəhmlidir.
Bəqərə/2:31
Adəmə bütün isimləri (vəsfləri) öyrətdi, sonra onları mələklərə göstərib, "Doğrusunuzsa, bunların isimlərini (xüsusiyyətlərini, vəsflərini) siz mənə bildirin," dedi.
Bəqərə/2:32
Dedilər: “Sən Ucasan, Sənin bizə öyrətdiyindən başqa bir biliyimiz yoxdur! Sən Bilənsən, Hikmət Sahibisən!”
Bəqərə/2:33
Dedi: "Adəm! Onların isimlərini bunlara xəbər ver." İsimlərini onlara xəbər verincə, "Sizə, yerin və göylərin sirlərini bilirəm, açığa çıxardığınızı da, gizlədiyinizi də bilirəm deməmişdimmi?" - dedi.