Vaqiə - 56:19
Nə ara verərlər, nə də yorularlar.
Cənnətdə yorğunluq olmaz:
Hicr/15:47
Sinələrindəki qısqanclığı qaldırarıq; qardaş olaraq qarşı-qarşıya yerləşdirilmiş taxtlar üzərindədirlər.
Hicr/15:48
Orada onlara heç bir yorğunluq toxunmaz və oradan da çıxarılmayacaqlar.
Kəhf/18:108
Orada daimi qalacaqlar, oranı heç bir şeylə dəyişmək istəməzlər.
Ta ha/20:117
"Adəm, Bu sənin və zövcənin düşmənidir. Ehtiyatlı olun, sizi Cənnətdən çıxartmasın, yoxsa pərişan olarsan" dedik.
Ta ha/20:118
"Burda nə acarsan, nə də açıqda qalarsan."
Ta ha/20:119
"Burda nə susuzluq çəkər, nə də istidən daralarsan."
Fatir/35:33
Ədn (sonsuzluğadək davam edən) cənnətlərinə girərlər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.
Fatir/35:34
Və deyərlər: "Narahatçılıqlarımızı aradan qaldıran Allaha təriflər olsun! Rəbbimiz gerçəkdən Bağışlayandır, Təqdir Edəndir."
Fatir/35:35
"O ki, lütfü ilə bizi (əbədi) olacaq yurda yerləşdirdi. Orada nə bir yorulma, nə də bir üzüntü hiss edərik."
Vaqiə/56:18
Qaynaqdan doldurulmuş bardaqlar, sürahilər və qədəhlərlə.
Vaqiə/56:19
Nə ara verərlər, nə də yorularlar.