Vaqiə - 56:3
O, alçaldıcıdır, ucaldıcıdır.
"O ucaldandır": Dirilmə günü ucaldılanlar.
Qamər/54:54
Müttəqilər, cənnətlər (bağçalar) və çaylar içindədir.
Qamər/54:55
Güclü Kralın yanında şərəfli məqamlardadırlar.
Tovbə/9:20
İman edənlər, köç (hicrət) edənlər, pullarıyla (mallarıyla) və canlarıyla Allah yolunda səy göstərənlər üçün Allah yanında daha böyük bir dərəcə vardır. Onlar qazananlardır.
Ali İmran/3:15
De ki: “Bundan daha yaxşısını sizə xəbər verimmi? Müttəqilər üçün Rəblərinin yanında ağacları altından çaylar axan, içində sonsuzadək qalacaqları cənnətlər (bağçalar), tərtəmiz zövcələr və Allahın razılığını qazanmaqdan ötrü xoşbəxtlik vardır”. Allah qullarını görür.
Nisa/4:69
Allaha və elçisinə itaət edənlər, Allahın özlərinə yaxşılıq etdiyi peyğəmbərlər, təsdiqləyənlər, şəhidlər və salehlər ilə bərabərdirlər. Onlar nə gözəl yoldaşdır.
Yunus/10:2
Özlərindən bir adama: "İnsanları xəbərdar et və iman edənlərə Rəbləri qatında önəmli bir yerə sahib olduqlarını müjdələ," deyə vəhy etməmiz insanlara qəribəmi gəlir? İnkar edənlər, "Bu, açıq-aşkar bir sehrbazdır," dedilər.
İsra/17:79
Bir də əlavə olaraq gecə vaxtı meditasiyada ol ki, Rəbbin səni şərəfli bir məqama yüksəltsin.
Fəcr/89:27
Ey xatircəmliyə yetişmiş kəs,
Fəcr/89:28
Razı olaraq və razı olunaraq Rəbbinə dön.
Fəcr/89:29
Qullarımın arasına xoş gəldin.
Fəcr/89:30
Cənnətimə xoş gəldin.
Nisa/4:31
Böyük qadağalardan çəkinərsəniz günahlarınızı örtər və sizi şərəfli bir girişlə qəbul edərik.
Yunus/10:26
Gözəl davrananlara daha artığı vardır. Üzlərini nə bir məhrumiyyət, nə də bir alçalma hissi bürüyər. Onlar cənnət əhlidir. Orada əbədi qalacaqlar.
Qiyamə/75:22
O gün bəzi üzlər parlayar.
Qiyamə/75:22
O gün bəzi üzlər parlayar.
Qiyamə/75:23
Rəbbinə baxar.
Əbəsə/80:38
O gün bəzi üzlər var ki, nurlu olacaq,
Əbəsə/80:39
Gülərüzlü, nəşəli.
Mutaffifin/83:24
Üzlərindən nemətlərin sevinc və parıltısını oxuyarsan.
Ğaşiyə/88:8
O gün başqa üzlər də var ki, xoşbəxtdir.
Ğaşiyə/88:9
Etdiklərindən ötrü sevinclidir.