Vaqiə - 56:30
Uzanmış kölgələr,
Cənnətin kölgəsi:
Nisa/4:57
İman edib müttəqi davrananları isə içindən çaylar axan cənnətlərə (bağçalara) yerləşdirəcəyik; orada daimi qalarlar. Onlar üçün orada çox təmiz zövcələr var. Onları sərin kölgəliklərə daxil edəcəyik.
Rad/13:35
Müttəqilərə söz verilən Cənnətin örnəyi budur: Altından çaylar axar, meyvəsi də daimidir, kölgəsi də. Bu müttəqilərin sonudur. Kafirlərin sonu isə atəşdir.
Ya sin/36:56
Zövcələri ilə birlikdə kölgəliklərdə, taxtlara yaslanmışlar.
Vaqiə/56:27
Sağ tərəfdə olanlar, sağ tərəfdə olacaqlar!
Vaqiə/56:28
Tikansız meyvə ağacları,
Vaqiə/56:29
Salxımları sallanmış banan ağacları,
Vaqiə/56:30
Uzanmış kölgələr,
Vaqiə/56:31
Fışqıran sular,
İnsan/76:14
Ağacların kölgəsi üzərlərinə düşmüş və meyvələr yaxınlaşdırılaraq qopardılmaları asanlaşdırılmışdır.
Mursəlat/77:41
Müttəqilər kölgəliklərdə və bulaqlar arasında...
Ya sin/36:55
Cənnət əhli o gün zövq və əyləncə ilə məşğuldurlar.