Vaqiə - 56:61 Sizi başqa nəsillərlə dəyişdirməkdən, yaxud sizi bilmədiyiniz bir şəkildə yaratmaqdan...
Neden başka nesillerle değiştirir?
Maidə/5:54 Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.

Ənam/6:6 Onlardan öncə neçə-neçə nəsilləri məhv etdiyimizi görmürlərmi? Sizi məskunlaşdırmadığımız bir şəkildə onları yer üzündə məskunlaşdırmışdıq. Onları nemətlərə boğmuş, ölkələrini də çaylarla əhatə etmişdik. Fəqət günahlarından ötrü onları məhv etdik və onlardan sonra başqa nəsillər yetişdirdik.

Yunus/10:13 Sizdən öncəki neçə-neçə nəsilləri, zülm etdikləri zaman məhv etmişik. Elçiləri onlara açıq-aydın dəlillərlə getmişdilər, ancaq onlar iman etməyi rədd etmişdilər. Günahkar cəmiyyətləri belə cəzalandırırıq.
Yunus/10:14 Sonra, nə edəcəyinizi görmək üçün onların yerinə sizi yer üzünə varis etdik.

İbrahim/14:19 Allahın göyləri və yeri müəyyən bir məqsəd üçün yaratdığını görmürsənmi? İstəyərsə, sizi götürər və yerinizə yeni məxluqları gətirər.

Muhəmməd/47:38 Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.