Vaqiə - 56:72
Onun ağacını siz başlatdınız (əmələ gətirdiniz), yoxsa Biz başlatmaqdayıq?
Onlarla ya da yüzlərlə il ağacda yaradılan və yandırılması ilə ortaya çıxan (dirilən) atəş (enerji) yenidən dirilməyə nümunədir, ibrətdir.
Vaqiə/56:71
Yandırdığınız atəşə diqqət etdinizmi?
Vaqiə/56:72
Onun ağacını siz başlatdınız (əmələ gətirdiniz), yoxsa Biz başlatmaqdayıq?
Vaqiə/56:73
İstifadə edənlər üçün Biz onu bir ibrət və faydalı etdik.
Ya sin/36:77
İnsan, onu bir damcıdan (nütfədən) yaratdığımızı görmürmü ki, Bizə qarşı açıq-aşkar bir düşmən kəsilir?
Ya sin/36:78
Və yaradılışını unudaraq bizə örnəkli bir sual yönəltdi: "Çürüdükdən sonra sümükləri kim dirildəcək?"
Ya sin/36:79
De ki, "Kim onları ilk dəfə yaratdısa onları yenə O dirildəcək. O, hər cür yaratmağı Biləndir."
Ya sin/36:80
O ki, sizə yaşıl (xlorofil) ağacdan atəş çıxarandır. Necə ki, onu yandırırsınız.