Hədid - 57:1
Göylərdə və yerdə nə varsa, Allahı ucaldır. O, Üstündür, Hikmət Sahibidir.
Digər varlıqların Allahı ucaltması, bizim hiss edə bilməyəcəyimiz şəkildə ola bilər:
Rad/13:13
Göy gurultusu Onu tərifləyərək, Mələklər də Onu hörmətlə Ucaldırlar. O, ildırımları göndərir və istədiyini onlarla vurar. Onlar hələ də, Allah haqqında mübahisə edirlər. O, Yenilməz gücə sahibdir.
Səba/34:10
Qatımızdan Davuda lütf bəxş etmişdik: "Ey dağlar, tərənnümünə qatılın; ey quşlar sizlər də." Ona dəmiri yumşaltmışdıq.
Nur/24:41
Cərgələr halında uçan quşlar daxil, göylərdə və yerdə olan hər kəsin Allahı ucaltdığını görmürsənmi? Hər biri öz duasını və ucaltma yöntəmini bilir. Allah onların etdiklərini yaxşı bilir.
Fussilət/41:11
Sonra duman halındakı göyə yönələrək, ona və yerə, "İstəyərək və ya istəməyərək (xaosdan çıxıb) gəlin," dedi. Onlar da, "İstəyərək gəldik," dedilər.