Hədid - 57:13 O gün, ikiüzlü kişilər və qadınlar iman edənlərə, "Bizə baxın ki, sizin nurunuzdan alaq," deyəcəklər. Onlara, "Geriyə dönün ki, nur axtarın," deyilər. Aralarına, iç tərəfdəki mərhəmətlə, çöl tərəfdəki əzabı ayıran qapılı bir əngəl qoyulacaqdır.
Aralarına, mərhəmətlə, əzabı ayıran qapılı bir əngəl qoyulacaqdır:
Əraf/7:47 Gözləri atəş əhlinə çevrildiyində, "Rəbbimiz, bizi zalım topluluqla bir yerdə tutma," deyərlər.
Əraf/7:48 Orta yerdə olanlar, görünüşlərindən tanıdıqları kimsələrə səslənərlər: "Sizin camaatınız və təkəbbürlənməyiniz sizə heç bir fayda vermədi."
Əraf/7:49 "Allah onlara bir rəhmət toxundurmayacaq deyə and içdiyiniz kimsələr bunlar idimi?" (Orta Yerdəkilərə bunlar deyiləcəkdir:) "Cənnətə girin; sizə bir qorxu yoxdur və üzülməyəcəksiniz də."
Əraf/7:50 Atəş əhli, cənnət əhlinə səsləndi: "Suyunuzdan, yaxud Allahın sizə verdiyi bəzi nemətlərdən üstümüzə axıdın." Onlar da dedilər ki: "Allah bu ikisini kafirlərə haram etmişdir."
Əraf/7:51 Onlar dinlərinə əhəmiyyət vermədilər və dünya həyatı onları aldatdı. Bu günləri ilə qarşılaşacaqlarını unutduqları və ayələrimizi rədd etdikləri üçün, bu gün Biz də onları unudarıq!
Əraf/7:46 Aralarını bir pərdə bölər. Orta yerdə də bəzi kimsələr var ki, hər kəsi görünüşlərindən tanıyırlar. Cənnət əhlinə, "Salam sizə," deyə səslənərlər. Bunlar oraya (cənnətə), canları istədikləri halda girə bilmədilər.