Hədid - 57:15 Bu gün nə sizdən, nə də inkar edənlərdən bir fidyə qəbul edilməz. Yeriniz cəhənnəmdir; mövlanız/sahibiniz odur. Nə pis bir məskəndir.
Günahkarlar Cəhənnəmdə əbədi qalarlar:
Hud/11:106 Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
Hud/11:107 Göylər və yer durduğu müddətcə orada qalacaqlar; ancaq Rəbbin istəyərsə başqa. Rəbbin, İstədiyini Edəndir.

Ənam/6:128 Hamısını sürüyüb topladığı gün: "Ey cin topluluğu! Siz insanlardan bir çoxunu istifadə etdiniz." Onların insanlardan olan dostları: "Rəbbimiz, Bizə verdiyin müddətin sonuna yetişincəyə qədər bir-birimizdən xoşlandıq," deyərlər. "Yeriniz atəşdir," deyər. Allahın diləməsi xaric, orada əbədi qalacaqlar." Rəbbin Hikmət sahibidir, Biləndir.