Hədid - 57:23
Bu, itirdiyiniz bir şey üçün üzülməməyiniz və Onun sizə verdiyi nemətlərlə də (həddi aşıb) qudurmamağınız üçündür. Allah özünü bəyənib öyünənləri sevməz.
Allah başqa kimləri sevməz?
Qasas/28:76
Qarun, Musanın xalqından olmasına rəğmən xəyanət edib onlara zülm etdi. Ona elə xəzinələr vermişdik ki, açarları güclü bir topluluğa belə ağır gəlirdi. Xalqı ona belə demişdi: "Qürrələnmə, Allah qürrələnənləri sevməz."
Loğman/31:18
"Təkəbbür göstərərək insanları alçaltma, yer üzündə də özünü darta-darta gəzib dolanma. Allah özünü bəyənib öyünəni sevməz."
Nəhl/16:23
Şübhəsiz ki, Allah onların gizlədiklərini də, açığa çıxardıqlarını da bilir. O, təkəbbür göstərənləri sevməz.
Əraf/7:31
Adəm oğulları, Məscidlərə gedərkən süslənin. Yeyin-için; ancaq acgözlük və israfçılıq etməyin. O, acgözləri və israf edənləri sevməz.
Ənam/6:141
Odur yaradan, çardaqlı və çardaqsız bağçaları, məhsulları müxtəlif olan xurmaları, əkinləri, zeytunları və narları bənzər və ya fərqli. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin və haqqını da yığım günündə verin. İsrafçılıq etməyin; O, israfçılıq edənləri sevməz.
Maidə/5:87
Ey iman edənlər! Allahın sizə halal etdiyi yaxşı şeyləri haram etməyin. Həddi aşmayın. Allah həddi aşanları sevməz.
Nisa/4:148
Allah pis dil (söz) işlədilməsini sevməz. Zülmə uğrayanlar istisnadır. Allah Eşidəndir, Biləndir.
Nisa/4:107
Özlərinə xainlik edənləri müdafiə etmə; Allah xəyanət edənləri və günah işləyənləri sevməz.
Nisa/4:36
Allaha qulluq/xidmət edin, Ona heç bir şeyi və kimsəni ortaq qoşmayın. Ana-ataya, yaxınlara, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı yoldaşa, yolçuya (müsafirə) və andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqlarına yaxşı davranın. Allah özünü bəyənmiş təkəbbürlü şəxsləri sevməz.
Ali İmran/3:57
İman edib müttəqi bir həyat sürənlərə gəlincə, mükafatlarını tam olaraq ödəyəcək. Allah zalımları sevməz.
Bəqərə/2:276
Allah sələmi məhkum edər, qarşılıqsız yardımı dəstəkləyər. Allah heç bir günahkar nankoru sevməz.
Bəqərə/2:205
Dönüb gedincə, yer üzündə fəsad törətmək, malı və nəsli məhv etmək üçün səy göstərər. Allah fəsadı sevməz.
Bəqərə/2:190
Sizinlə savaşanlarla Allah yolunda savaşın. Təcavüzkar olmayın. Allah təcavüzkarları sevməz.
Ğafir/40:28
Fironun tərəfindən inancını gizləyən iman edən bir adam dedi ki, "Siz, 'Mənim Rəbbim Allahdır,' deyən bir adamımı öldürəcəksiniz? Halbuki sizə Rəbbinizdən açıq-aşkar dəlillər gətirmişdir. Yalançıdırsa, bu onun problemidir; yox əgər doğru sözlüdürsə, onun sizə anlatdıqları gerçəkləşər. Şübhəsiz Allah həddi aşan yalançıları sevməz."