Hədid - 57:24 Bunlar üstəlik xəsisdirlər və insanlara xəsisliyi öyüd-nəsihət edirlər. Kim üz çevirərsə, şübhəsiz Allah Zəngindir, Tərifəlayiq olandır.
"...ancaq gözünüz yumulu olaraq qəbul edə biləcəyiniz pis mallarınızı yardım olaraq verməyin. Bilin ki Allah Zəngindir" - Məqsəd: Simiclik edərsəniz, Allahın yerinizə simiclik etməyəcək, Allah yolunda xərcləyəcək bir camaatı gətirəcək zənginlikdədir:
Ənam/6:133 Rəbbin Zəngindir, Rəhmət Sahibidir. İstəsə, sizi götürər və sizi başqalarının soyundan necə gətirmişsə sizdən sonra da yerinizə istədiklərini yerləşdirər.

Muhəmməd/47:38 Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.

Hədid/57:24 Bunlar üstəlik xəsisdirlər və insanlara xəsisliyi öyüd-nəsihət edirlər. Kim üz çevirərsə, şübhəsiz Allah Zəngindir, Tərifəlayiq olandır.