Mucadilə - 58:10
(Pis niyyətlə qurulan) gizli qərar toplantıları şeytandandır. Bu yolla iman edənləri incitmək istəyər. Halbuki Allahın izni olmadan onlara heç bir zərər verə bilməz. İman edənlər Allaha güvənsinlər.
Allahın izni olmadan onlara heç bir zərər verə bilməz: Əlaqəli
Bəqərə/2:102
Süleymanın hökmranlığı haqqında şeytanların anlatdığına tabe oldular. Halbuki Süleyman inkar etmədi; insanlara sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı öyrədən şeytanlar inkar etmişdi. Bu ikisi: “Bu bir sınaqdır, (bu biliyi pislik etmək üçün istifadə edib) nankor olmayın!”– deməmiş kimsəyə onu öyrətməzdilər. Fəqət o ikisindən öyrəndiklərini, ər ilə arvadı bir-birindən ayırmaq üçün istifadə etdilər. Halbuki Allahın izni olmadan onlar heç kimsəyə bir zərər verə bilməzdi. Özlərinə fayda verəni deyil, zərər verəni öyrənirdilər. Üstəlik, ona müştəri olanların axirətdə bir payının olmadığını da yaxşı bilirdilər. Qarşılığında şəxsiyyətlərini satdıqları şey necədə pisdir. Bir bilsəydilər!
Nisa/4:78
Harada olursunuzsa olun, sağlam qalalarda belə olsanız ölüm sizi haqlayacaq. Başlarına yaxşı bir şey gəlsə, “Bu, Allah tərəfindəndir!”– deyərlər. Onlara bir pislik toxunsa, “Bu, sənin tərəfindəndir!” deyərlər. De ki: “Hamısı Allah tərəfindəndir.” Bu camaata nə olur ki, az qala heç bir hədis (söz) anlamırlar!
Mucadilə/58:10
(Pis niyyətlə qurulan) gizli qərar toplantıları şeytandandır. Bu yolla iman edənləri incitmək istəyər. Halbuki Allahın izni olmadan onlara heç bir zərər verə bilməz. İman edənlər Allaha güvənsinlər.
Təğabun/64:11
Başa nə gəlirsə, Allahın izni ilədir. Kim Allaha iman edərsə, könlünə yön göstərər. Allah hər şeyi biləndir.
İnsan/76:30
Allah istəmədikcə, siz istəyə bilməzsiniz. Allah Biləndir, Hikmət Sahibidir.