Mucadilə - 58:17 Nə paraları (pulları), nə də övladları, onları Allahdan qurtara bilməyəcəkdir. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalıcıdırlar.
İnkar edənlərin paraları (pulları), övladları dirilmə günü heç bir fayda verməz:
Ali İmran/3:10 İnkar edənlərin nə paraları (pulları), nə də övladları Allaha qarşı onlara heç bir fayda verməyəcəkdir. Onlar atəşin yanacağıdır.
Ali İmran/3:116 İnkar edənlərin nə paraları (pulları), nə də övladları Allaha qarşı onlara heç bir fayda verməyəcəkdir. Onlar Atəşin əhlidir; onlar orada əbədi qalıcıdırlar.

Tovbə/9:55 Onların paraları və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünya həyatında cəzalandırmaq və canlarının inkarçı olaraq çıxmasını istəyir.

Muminun/23:54 Müəyyən bir müddətə qədər onları şaşqınlıqları içində burax!
Muminun/23:55 Elə bilirlər ki, onlara bağışladığımız paralar və övladlar ilə,

Səba/34:35 Hətta, "Bizim paramız (pullarımız) və övladlarımız daha çoxdur; biz cəzalandırılmayacağıq," dedilər.
Səba/34:37 Sizi bizə yaxınlaşdıran şey nə paralarınızdır (pullarınızdır), nə də övladlarınızdır. Ancaq iman edən və müttəqi davrananlar xaric. Onlara, etdiklərinin iki qat qarşılığı veriləcəkdir və mənzillərində əmin-amanlıq içindədirlər.

Fəth/48:11 Ərəblərdən geridə qalanlar, "Paralarımız (pullarımız) və ailə-uşaqlarımız bizə mane oldu, bizim üçün bağışlanma dilə," deyəcəklər. Onlar qəlblərində olmayanı, dilləri ilə söyləyirlər. De ki, "Sizin üçün bir zərər və ya fayda diləyərsə, Allahın bu diləyinə kim əngəl ola bilər?" Halbuki Allah bütün etdiklərinizdən xəbərdardır.

Hədid/57:20 Bilin ki, dünya həyatı bir oyun, əyləncə, süs, aranızda öyünmək, para-pul və övlad çoxaltma yarışından ibarətdir. Bu, inkar edənlərin xoşuna gələn bir bitkini yetişdirən bir yağmura bənzəyir. Halbuki daha sonra o bitki quruyar, saralar və axırda çör-çöp olar. Axirətdə isə Allahdan çətin (şiddətli) bir əzab, bir bağışlanma və razılıq vardır. Dünya həyatı, aldadan, keçici bir zövqdən ibarətdir.

Mucadilə/58:17 Nə paraları (pulları), nə də övladları, onları Allahdan qurtara bilməyəcəkdir. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalıcıdırlar.

Munafiqun/63:9 Ey iman edənlər, paralarınız (pullarınız) və övladlarınız sizi Allahı xatırlamaqdan yayındırmasın! Belə davrananlar ziyana uğrayanlardır.

Təğabun/64:15 Mallarınız və övladlarınız sizin üçün bir sınaqdır. Böyük mükafat Allah qatındadır.