Mucadilə - 58:18
Gün gələcək, Allah hamısını dirildəcək və indi sizə and içdikləri kimi, Ona da and içəcəklər. Özlərinin (doğru) bir şey üzərində olduqlarını sanırlar! Doğrusu, onlar yalançılardır.
Dirilmə günü inkar edənlərin doğru yolda olduqlarına dair Allaha andları:
Ənam/6:22
Hamısını topladığımız gün ortaq qoşanlara, "Haradadır iddia etdiyiniz ortaqlarınız?"
Ənam/6:23
Onların tək müdafiəsi bu olacaq: "Rəbbimiz Allaha and olsun ki, biz ortaq qoşmadıq."
Nəhl/16:28
Onlar ki, nəfslərinə zülm edərkən mələklər canlarını alır. Axırda təslim olub: "Biz hər hansısa bir pislik etmirdik!" deyərlər. Xeyr, Allah sizin etdiklərinizi yaxşı bilir.