Mucadilə - 58:19
Şeytan onlara sahiblənmiş və onlara Allahın mesajını unutdurmuşdur. Onlar şeytanın partiyasıdır (firqəsidir). Şeytanın partiyası (firqəsi) şübhəsiz ziyana uğrayacaqdır.
Şeytanlar kimlərə sahib çıxır?
Hicr/15:39
(İblis) dedi ki: "Rəbbim, məni yoldan çıxartdığın üçün, onları yer üzündə başdan çıxarıb toplu halda azdıracağam."
Hicr/15:40
"Özlərini sadəcə Sənə həsr edənlər xaric."
Hicr/15:41
(Allah) dedi ki: "Bax Mənim dəyişməz qanunum budur."
Hicr/15:42
"Əlbəttə, sadəcə Mənə qulluq edənlərə qarşı bir gücün yoxdur. Ancaq sənə tabe olan azğınlara gücün yetər."
Nəhl/16:99
İman edib Rəblərinə güvənənlərə onun bir gücü yoxdur.
Nəhl/16:100
Onun gücü, onu (özünə) dost seçənlərə və onu Rəblərinə ortaq qoşanlaradır.
İsra/17:64
Onlardan gücün çatdığı kimsələri səsinlə yerindən oynat, onlara qarşı bütün gücünü və adamlarını səfərbər et, paralarının (pullarının) və övladlarının bir bölümünə ortaq ol və onlara ümid ver. Şeytan, onlara ancaq saxta ümidlər verir."
İsra/17:65
"Qullarıma gəlincə, sənin onlar üzərində heç bir gücün yoxdur." Qoruyucu olaraq Rəbbin yetər.
Əraf/7:27
Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.
Məryəm/19:83
İnkar edənlərin üzərlərinə şeytanları yolladığımızı görmürsünüz? Onları təhrik etməyə davam edirlər.
Fussilət/41:25
Keçmişlərini və gələcəklərini onlara gözəl göstərən bəzi yoldaşları onlar üçün təyin etdik. Onlardan öncə gəlib-keçmiş cin və insan cəmiyyətləri üçün gerçəkləşən o söz, onlar üçün də keçərli oldu. Onlar ziyana uğramışlardır.
Zuxruf/43:36
Kim Rəhmanın mesajına əhəmiyyət verməzsə, ona bir şeytanı istiqamətləndirərik, sonra da onun yoldaşı olar.
Zuxruf/43:37
Həqiqətən, onları yoldan çıxararlar. Buna rəğmən onlar doğru yolda olduqlarını sanarlar.