Mucadilə - 58:22 Allaha, elçisinə və Axirət gününə iman etmiş bir topluluq görə bilməzsən ki, Allaha və elçisinə qarşı gələnləri dost seçsin. Hətta onlar, özlərinin anaları, ataları, uşaqları, oğulları, qardaşları və əqrəbaları olsa belə... Qəlblərinə inancı yazmış və qatından bir vəhylə dəstəkləmişdir. Onları içlərindən çaylar axan, əbədi qalacaqları cənnətlərə daxil edər. Allah onlardan razı olmuşdur, onlar da Ondan razı olmuşlardır. Onlar Allahın partiyasıdır (firqəsidir). Heç şübhəsiz, Allahın partiyası (firqəsi) qazanacaqdır.
Cənnətə kimlər daxil ola bilməz?
Maidə/5:72 "Allah Məryəm oğlu Məsihdir," – deyənlər əlbəttə inkar etmişdir. Halbuki Məsih, “İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha qul olun!" demişdi. Kim Allaha ortaq qoşarsa, Allah ona Cənnəti qadağan edər, yeri də atəş olar. Zalımlar üçün yardımçı da tapılmaz.

Əraf/7:40 Ayələrimizi inkar edənlərə və onlara qarşı təkəbbür göstərənlərə göyün qapısı açılmaz və dəvə iynə deşiyindən keçmədikcə də Cənnətə girə bilməzlər. Günahkarları belə cəzalandırırıq.

Nisa/4:116 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.

Bəqərə/2:214 Yoxsa siz, sizdən öncəkilərin başına gələnlərin bənzəri sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınızımı sanırsınız? Onlar çətinlik və sıxıntıya uğradılar və elə sarsılmışdılar ki, elçi və bərabərindəki iman edənlər, “Allahın yardımı nə zamandır?”– dedilər. Yaxşı bilin ki, Allahın yardımı yaxındır.

Ali İmran/3:142 Allah aranızdakı çalışanları ortaya çıxarmadan, səbr edənləri ayırmadan cənnətə girəcəyinizimi sandınız?

Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.