Mucadilə - 58:22
Allaha, elçisinə və Axirət gününə iman etmiş bir topluluq görə bilməzsən ki, Allaha və elçisinə qarşı gələnləri dost seçsin. Hətta onlar, özlərinin anaları, ataları, uşaqları, oğulları, qardaşları və əqrəbaları olsa belə... Qəlblərinə inancı yazmış və qatından bir vəhylə dəstəkləmişdir. Onları içlərindən çaylar axan, əbədi qalacaqları cənnətlərə daxil edər. Allah onlardan razı olmuşdur, onlar da Ondan razı olmuşlardır. Onlar Allahın partiyasıdır (firqəsidir). Heç şübhəsiz, Allahın partiyası (firqəsi) qazanacaqdır.
Yaxşıların cənnətə girişi:
Nəhl/16:32
Yaxşı vəziyyətdə ikən mələklər canlarını almağa gəldiklərində, "Sizə salam olsun! Etdiklərinizin qarşılığı olaraq cənnətə girin!" deyərlər.
Məryəm/19:60
Tövbə edən, iman edən və müttəqi davrananlardan başqa. Onlar ən xırda bir haqsızlığa uğramadan cənnətə girərlər.
Ənbiya/21:103
O ən böyük qorxu onları üzməz. Mələklər onları qarşılayıb deyərlər: "Bax bu, sizə söz verilən gününüzdür!"
Zumər/39:73
Rəblərinə ehtiram edib dinləyənlər isə dəstə-dəstə cənnətə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə sülh olsun; qazandınız. Haydı, təməlli qalmaq üçün oraya daxil olun," deyərlər.
Zuxruf/43:70
Siz və həmtaylarınız cənnətə girin; sevinc içində qarşılanacaqsınız.
Fəcr/89:28
Razı olaraq və razı olunaraq Rəbbinə dön.
Fəcr/89:29
Qullarımın arasına xoş gəldin.
Fəcr/89:30
Cənnətimə xoş gəldin.